Qırmızı dənizdəki Maersk gəmisi yenidən husilərin hücumuna məruz qalıbbackend

Qırmızı dənizdəki “Maersk” gəmisi yenidən husilərin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka gəmiçilik nəhəngi “Maersk”in “Hangzhou” gəmisi yenidən Qırmızı dənizdə husilərin hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 31-də yerli vaxtla saat 6:30-da (Moskva ilə eyni vaxta təsadüf edir) “Maersk” konteyner gəmisi “Hangzhou” 24 saatdan az müddətdə ikinci qəza siqnalı göndərib və bu siqnal dörd kiçik Husi qayıqlarının hücumu barədə məlumat verib.

Husilərin “Hangzhou”ya 20 metr məsafədən atəş açaraq gəmiyə girməyə çalışdıqları, lakin cavab atəşi ilə qarşılandığı qeyd edilir. Bundan başqa, hadisə yerinə göndərilən ABŞ helikopterləri də atəşə tutulub. Vertolyotlar atəş açıb, üç qayıq batıb, dördüncüsü isə hadisə yerindən geri çəkilib.