Qırmızı Xaç Komitəsi bəyanat yaydıbackend

Qırmızı Xaç Komitəsi bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Kommunikasiyalar üzrə Direktoru Benoit Karpentier bildirib ki, Mərakeşdə zəlzələdən zərər çəkmiş kənd və şəhərlərin bərpası illər çəkə bilər.

NOCOMMENT.az xəbər verir ki, zəlzələnin episentrinin Mərakeşdən 75 kilometr uzaqda olduğunu və hətta yüzlərlə kilometr uzaqdakı kəndlərin belə dağıldığını bildirən Karpentier yerli və beynəlxalq ictimaiyyətlə koordinasiyalı şəkildə çalışdıqlarını bildirib. “Yüz minlərlə insanın sığınacağa ehtiyacı var. Gələn həftə tufanlar və soyuq hava gözlənilir. Zərər çəkmiş kənd və şəhərlərin bərpası aylar və hətta illər çəkə bilər”.

IFRC Liviya Nümayəndəliyinin rəhbəri Tamer Ramazan da Liviyada seldən ən çox zərər çəkən Derna şəhərində vəziyyətin mürəkkəb olduğunu və girişdə çətinliklərin olduğunu bildirib. Ramazan ilk yardım, müvəqqəti sığınacaq və təxliyyə xidmətləri göstərdiklərini, cəsədlərin hara köçürülməsi ilə bağlı dəstək olduqlarını qeyd edib.

Keniyadan onlayn görüşə qatılan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Afrika Ədli Tibb Direktoru Bilal Sablouh bildirib ki, və fəlakətlər nəticəsində ölənlərin cəsədləri xəstəlik və ya epidemiyaya səbəb olmur. “Bu anlaşılmazlıq çox vaxt cəsədlərin sürətlə məhv edilməsinə gətirib çıxarır. Bu o deməkdir ki, ailələr düzgün və ləyaqətli bir dəfn mərasimi keçirə bilmirlər. Cəsədlərin sənədləşdirilməsi və etiketli cəsəd torbalarına qoyulması lazımdır. Cəsədləri itirilənlərin dəfn edilməsi vaxt alacaq”,

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris təbii fəlakətlərdən sonra təhlükəsiz içməli suya çıxışın prioritetlərdən biri olduğunu vurğulayıb.”Ölü cəsədlər suyun çirklənməsinin əsas səbəbi deyil, lakin onlar mümkünsə içməli su mənbələrindən uzaq saxlanılmalıdır”.