Türkiyənin təşəbbüsü ilə müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilibbackend

Türkiyənin təşəbbüsü ilə müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) müqəddəs kitablarla bağlı qərarı UNESCO-nun qərarına əlavə edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, BMT Baş Assambleyasının qətnaməsi müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

Bu qətnamə bundan sonra BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsində də öz əksini tapacaq.

Xatırladaq ki, 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edərək, dini inanclarına görə insanlara, müqəddəs kitablara və dini yerlərə qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyıb.