Bəzi bitkilərin möminlər üçün xüsusi əhəmiyyət daşıdığını eşitmisinizmi? Bu məqalədə haqqında söhbət açılacaq Qarğad (Gharqad tree) ağacı onlardan biridir.
Əslində, Qarğad ağacı çox az tanınır. Amma bu ağac yəhudilərin ən sevimli ağaclardan biridir.
Qarğad ağacı nədir?
Akasiyanın yarımnövüdür. Lycium və ya Dereza cinsinə aid olan bu ağacın dolgun, ətli yarpaqları var. Hündürlüyü 3 və ya 4 metr arasındadır. Baharda, xüsusilə də aprel-may aylarında ağ çiçəklər açır. Onun meyvələri qırmızı rəngdə olur.
Qarğadın məkanı
Qarğad quraq və cansız torpaqlarda, hətta şoran yerlərdə də bitir. Bu çəhəti onu nadir bitkiyə çevirir. Onun adının təfsiri çoxdur: zeytun və ya evkalipt ola bilər, lakin əksər hallarda akasiya və ya şora kimi nəzərdə tutulur. Ona üstünlük gətirən cəhətlərdən biri də onsuz da kövrək olan səhra torpağını gücləndirməsidir. Bu təbiət möcüzəsinə soyuq iqlimi olan ölkələrdə rast gəlmək mümkün deyil.
Bu ağaca İsrail, Fələstin və Cənubi Afrika ərazilərində rast gəlmək olar. Yəhudilər özəlliklə yaşadıqları yerlərdə çoxlu sayda Qargad ağacı əkirlər.
Qarğadın faydası
Yolunu azmış səyyah üçün bu ağac əsl xilas yoludur. Çünki onun qırmızı rəngl meyvələri yeməlidir.
Qarğadın zərəri
Amma meyvələri yüngül narkotik xüsusiyyətlərə malikdir. Buna görə də onları səbəbsiz yemək tövsiyə edilmir.
Üstəlik, hər şora bitkisi Qarğad deyil. Yalnız ağaca çevrilmiş böyük, yayılmış kol bu adı qazanıb. Onun dərman xassələri haqqında çox az şey məlumdur.
Özəlliyi
Onun ən önəmli özəlliyi həm müsəlmanların, həm də xristianları maraqlandıran dini mövzularda yer almasıdır. Çünki onun Qiyaməti gecikdirdiyi iddia edilir.
İslam rəvayətlərinə (hədislərə) görə, Qiyamətdən əvvəl, Məlhəmə əl-Kübra zamanı daşlar və ağaclar yəhudilərin gizləndiyi yeri müsəlmanlara göstərəcək. Yalnız Qarğad ağacı sakit qalaraq yəhudilərin yerini satmayacaq və onların gizlənməsinə xidmət edəcək.
İndi bildinizmi, nəyə görə İsraildə bu ağaca belə hörmət və ehtiram var?









