Qlobal fırtına, yerli dayanıqlıq: təhlükəsizlik strukturlarımız doğru strategiya seçibbackend

Qlobal fırtına, yerli dayanıqlıq: təhlükəsizlik strukturlarımız doğru strategiya seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 –dən çox milli resursumuzu da çökdürdü.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər.
Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir.
Amma maraqlıdır ki , qlobal problemə baxmayaraq kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX perimetrinə daxil olan bütün dövlət qurumlarının saytları normal çalışıb.
Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki, bütün Gov.az-lar normal çalışır.
XRİTDX tərəfindən mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və GOV.AZ zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib.
Təhlükəsizliyə cavabdeh olan bu qurumlar, əlbəttə bahalı olsa da, böyük xərclər tələb etsə də – kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir.
Cloudflare xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları isə fəaliyyətini dayandırıb.
Özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan Cloudflare xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal resurslar da çökə bilir.
Qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu.
Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün (qapalı informasiya olduğundan adlarını çəkmirəm, amma onların da saytlarından çökənlər vardı) ciddi bir dərsdir.
Demək, hətta ən etibarlı qlobal xidmətlər belə 100% zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir.
Düşünürəm ki, hibrid müdafiə strategiyasına üstünlük verilməsi – yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı.
Eyni zamanda dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı.