Qlobal Pandemiya Londonda olan elit mənzillərə tələbatı azaltmayıbbackend

Qlobal Pandemiya Londonda olan elit mənzillərə tələbatı azaltmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brexit” və COVID-19 pandemiyası kimi mənfi amillərə baxmayaraq, Londonda orta qiyməti 10 milyon funt radələrində olan elit mənzillərə maraq azalmayıb.

NOCOMMENT.az “Kommersant”a istinadən xəbər verir ki, “Knight Frank” əmlak məsləhətçi şirkəti cari ilin üç ayı ərzində paytaxtda dəbdəbəli əmlakla bağlı 28 alqı-satqı müqaviləsi imzalayıb.

Belə ki, 2017-2019-cu illər ərzində sözügedən bazarda satılan mənzillərin sayı 133-dən 96-dək azalsa da, bu ilin birinci rübündə ortaya çıxan artımın mümkün səbəbi kimi daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarındakı vergilərin cari ilin ortalarında gözlənilən artımı göstərilir.

Bununla yanaşı, cari ilin yanvar-mart dövrü ərzində paytaxtın mərkəzindəki bahalı mənzillər 0,2 faiz, bəzi ərazilərdə isə 0,5 faiz bahalaşıb. Bu da son dörd il ərzində ən böyük qiymət artımıdır.

Report