Qriqoryan: İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat istəyirbackend

Qriqoryan: İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sülh sazişinin imzalanması o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu tapılıb”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Qarabağın statusu məsələsinə toxunarkən deyib.

Jurnalistlər sual ediblər ki, bəzi erməni politoloqlara görə, Azərbaycan Ermənistanla sülh sazişi imzalasa, bu o deməkdir ki, Rusiya sülhməramlıları çıxarılacaq, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınacaq, bu belədirimi?

Qriqoryan suala bu şəkildə cavab verib: “Politoloqların belə bir açıqlama verərkən nə demək istədiklərini söyləmək çətindir”.

Armen Qriqoryan bildirib ki, rəsmi İrəvan problemin həllini Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin, eləcə də hüquqlarının təmin edilməsində görür.

“Status buna uyğun müəyyən edilməlidir. Təhlükəsizlik zəmanətləri olacaqmı? Təminatların institusional baxımdan nə olacağını hələ bilmirik. Danışıqlar zamanı bunları müzakirə edəcəyik, bir qərara gəlsək və görsək ki, soydaşlarımızın təhlükəsizliyi mütləq təmin olunacaq, biz bununla razılaşacağıq”, – deyə Qriqoryan bildirib.