Qrossi Zaporojye Atom Elektrik Stansiyasına səfər edibbackend

Qrossi Zaporojye Atom Elektrik Stansiyasına səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına səfər edib.

NOCOMMENT.az xəbər verir ki, Qrossi Rusiyanın işğalı altında olan stansiyada kifayət qədər soyuducu suyun olduğunu deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərinin sözlərinə görə, ərazidə 6 nüvə reaktoru işlək vəziyyətdədir. Ukrayna ötən il stansiyada su çatışmazlığı yaşana biləcəyini açıqlayıb.

Qurumdan bildirilib ki, nüvə əriməsinin qarşısını almaq üçün quyular fəaliyyət göstərir və hovuzların su ilə təmini üçün kifayət qədərdir.