Ekspert Zaporojye AES-də generasiyanın nə vaxt işə düşəcəyini açıqlayıbbackend

Ekspert Zaporojye AES-də generasiyanın nə vaxt işə düşəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Geoenergetika-info” onlayn analitik jurnalının baş redaktoru Boris Martsinkeviç iddia edir ki, Zaporojye AES yalnız təhlükəsizlik təmin edildikdən sonra generasiyaya başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, AES-in blokların dayanma rejimində lazım olduğu qədər işləyə biləcəyini vurğulayıb. . Onun fikrincə, döyüş təmas xətti stansiyadan uzaqda yerləşdirilməlidir ki, təxribat həyata keçirmək mümkün olmasın.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına  hücumu şərh edərək, nüvə obyektlərinə hücumu qəbuledilməz adlandırıb.