Qurani-Kərimi yandıran deportasiya ediləcəkbackend

Qurani-Kərimi yandıran deportasiya ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı kimi tanınan Salvan Momika Norveçdə saxlanılıb və İsveçə geri deportasiya ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oslo Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayılıb.

Onun həbsi martın 28-də Momika İsveç mediasına Norveçə sığınacaq istəmək üçün getdiyini dedikdən sonra baş verib.

Norveç məhkəməsinin məlumatına görə, deportasiya rəsmi və praktiki tədbirlər görülən kimi həyata keçiriləcək.

Qeyd edək ki, İsveç Miqrasiya Məhkəməsi Momikanın beş il müddətinə ölkəyə girişini qadağan edib. Bugünlərdə Momikanın Norveçdə ölü tapılması ilə bağlı yanlış məlumatlar yayılıb.