Quterreş İsrail prezidenti Hersoqla görüşübbackend

Quterreş İsrail prezidenti Hersoqla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail prezidenti İsaak Hersoqla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, BMT sözçüsü tərəfindən edilən yazılı açıqlamada ikilinin BMT-nin Nyu Yorkdakı binasında görüşdüyü qeyd edilib.

Quterreşin iki dövlətli həll yolunu dəstəklədiyini bir daha ifadə edən baş katib, bu prosesə xələl gətirəcək addımlardan qaçınılması lazım olduğunu vurğulayıb.

“Baş katib bütün terror aktlarını pisləyib və qeyd edib ki, antiterror əməliyyatları beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququna uyğun aparılmalıdır”, – deyə məlumatda bildirilir. Quterreş həmçinin antisemitizmin bütün formalarını pisləyib.