Quyulardan çəkilən çirkabı boşaltmağa yer tapılmır – VİDEObackend

Quyulardan çəkilən çirkabı boşaltmağa yer tapılmır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup sürücü quyulardan çəkilən çirkabı boşaltmağa yer tapa bilmirlər.

Bu iddia ilə çirkab maye daşınması ilə məşğul olan şəxslər “Xəzər Xəbər”ə müraciət ediblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, onlar bildirirlər ki, el arasında “şambo” kimi tanınan quyulardan çirkab suları xüsusi maşınlarla çəkirlər. Lakin həmin çirkabu atmağa yer tapmırlar. Hətta müxtəlif yerlərə boşaltdıqları vaxt qanunsuz olduğu üçün cərimələniblər.

Sürücülər deyirlər ki, bu çirkab üçün xüsusi yerlər ayrılsa, rahat şəkildə oraya axıda bilərlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, tullantı suları şambolardan çəkən maşınların sahibləri VÖEN təqdim etməklə Bakı Sukanal İdarəsi ilə öncədən müqavilə bağlamalıdırlar. Bu müqavilə əsasında qüvvədə olan tarif qiymətinə uyğun ödəniş edilməklə maşındakı məhlul hər hansı çirkab təmizləyici qurğuların əməkdaşına təqdim edilməlidir. Yükün həqiqətən çirkab su olduğu müəyyənləşdirildikdən sonra maşının sahibi onu təyin olunmuş kanalizasiya kollektoruna axıda bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.