Rafil Hüseynov 16 min manatlıq mebel alır backend

Rafil Hüseynov 16 min manatlıq mebel alır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi Rayon İcra Hakimiyyəti mebel avadanlıqlarının alınması və quraşdırılması məqsədilə keçirilən tenderinin qalibi fiziki şəxs Əsəd Qacar oğlu Əzizov olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 16.461 manat məbləğində müqavilə bağlanacağı planlaşdırır.

Tenderin şərtlərinə əsasən, alınacaq avadanlıqlar sırasına kitab rəfi, ölçüsü 53 metrə 1,5 metr olan dəhliz xalçası, 2 metrə 3 metr ölçülü xalça, stul, adi və çəkəcəməli yazı masaları, toplantı masası, qonaq və rəhbər üçün nəzərdə tutulmuş kreslolar daxildir.

Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur.