Raketin qalıqları Azərbaycana da düşə bilər – Rəsmi AÇIQLAMAbackend

Raketin qalıqları Azərbaycana da düşə bilər – Rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Çinin kosmosa göndərdiyi “Long March 5b” adlanan 21 tonluq raket idarəetmədən çıxıb və qalıqlarının Yer kürəsinə düşə biləcəyi, həmçinin çox sayda insanın ölümünə səbəb ola biləcəyi barədə beynəlxalq qurumlar tərəfindən xəbərdarlıq edilib.

NOCOMMENT BBC-yə istinadən xəbər verir ki, raketin qalıqlarının Yer kürəsində düşəbiləcəyi ərazilər açıqlanıb. Belə ki, Avropa Kosmik Agentliyi 21 tonluq raketin qalıqlarının 41-ci şimal və cənub paralelləri arasında yerləşən ərazilərə düşə biləcəyini bəyan edib.

Qeyd edək ki, Azərbaycan 44 və 52 dərəcə meridian, 38 və 42 dərəcə şimal paralelləri coğrafi koordinatları arasında yerləşir. Bu isə o deməkdir ki, sözügedən raketin qalıqlarının düşəbiləcəyi ərazilər arasında Azərbaycan da var.

Xatırladaq ki, Çin “Long March 5b” adlanan 21 tonluq raketi aprelin 29-da kosmosa göndərib. Mütəxəssislərin sözlərinə görə, idarəetmədən çıxan raketin böyük hissələri yaşayış yerlərinə düşsə, insan tələfatının sayı çox ola bilər.