Ramazan günlərində tünd qara çay və kofein içkilər içənlərə XƏBƏRDARLIQ – VİDEObackend

Ramazan günlərində tünd qara çay və kofein içkilər içənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayında xüsusən şəkərli diabet, ürək-damar, mədə-bağırsaq problemləri olanlar oruc tutanda diqqətli olmalıdırlar.

NOCOMMENT.az xəbər verir ki, dietoloq Leyla Zülfüqarova qeyd edib ki, imsak və iftar vaxtı ayrı cür qidalar lazımdır.

Kəskin qidalardan uzaq durmaq lazımdır. Çünki hətta mədə-bağırsaq problemi olmayan insanlarda da müəyyən qıcıqlanmalar baş verə bilər.

Birdən-birə boş olan mədə-bağırsaq sistemini yükləmək tövsiyyə olunmur.

Mütəxəssis tövsiyə edir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq.

İftar ilə imsak arasında isə bol miqdarda su içilməsi tövsiyə olunur. Tünd qara çay və kofein tərkibli içkilərin içilməsi isə məsləhət görülmür.