Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtıbackend

Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Ramazan ayının on beşinci günüdür.

NOCOMMENT.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da imsak vaxtı saat 04:49-da, iftar vaxtı isə 19:24-dədir.

Aprelin 6-sı üçün namaz vaxtları:

Sübh azanı 04:54

Zöhr azanı 12:43

Əsr azan 17:17

Məğrib azanı 19:24

İşa azanı 20:27

On beşinci günün imsak duası:

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!”
Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!