Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin etdibackend

Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin edib.

NOCOMMENT pravda-ya istinadən xəbər verir ki, Natiq İsa oğlu Allahverdiyev AMEA prezidentinin köməkçisi təyin olunub. Bununla da R.Mehdiyevin köməkçilərinin sayı 5-ə çatıb.

N.Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də icra edəcək. N.Allahverdiyev bundan əvvəl Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl – dekabrın əvvəlində R.Mehdiyev özünə sayca 4-cü köməkçi təyin edib. Beləliklə, hazırda AMEA prezidentinin ikisi qadın, üçü kişi olmaqla, 5 nəfərdən ibarət köməkçi heyəti aşağıdakılardır: Həcər Vəliyeva, Arzu Əlizadə, Ələddin Məlikov, Şahin Yəhyayev və Natiq Allahverdiyev