Ramiz Mehdiyev sabiq naziri vəzifəsindən AZAD ETDİ – FOTObackend

Ramiz Mehdiyev sabiq naziri vəzifəsindən AZAD ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən NOCOMMENT-ə verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Əli Abbasov 2004-2015-ci illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Həmçinin AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini Məmməd Elxan oğlu Bağırzadə də vəzifəsindən azad olunub.