Ramiz Mehdiyevin AMEA-dan çıxardığı eks-deputat işinə qayıtdıbackend

Ramiz Mehdiyevin AMEA-dan çıxardığı eks-deputat işinə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin sabiq müdiri Elton Məmmədov əvvəlki vəzifəsinə bərpa olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a sabiq deputat Elton Məmmədov özü bildirib.

E.Məmmədov deyib ki, bu barədə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar verilib.

O, bayram ərəfəsində belə bir qərardan məmnun olduğunu deyərək, hər kəsi baharın gəlişi münasibətilə təbrik edib: “Hər şey qaydasındadır, ədalət bərqərar oldu. Tətildən sonra – martın 28-dən vəzifəmin başında olacağam”.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev qurumun iclasında İşlər İdarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onu işdən azad etmişdi.

Xatırladaq ki, E.Məmmədov eks-nazir Ziya Məmmədovun qardaşıdır.