Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı – FOTObackend

Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Bloger Həbib Müntəzir yazır ki, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir.

“Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, – deyə bloger bildirib.

Bundan əvvəl bloger Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olduğu barədə məlumat yaymışdı.