Rayonda gizli pirotexnika satışı: Saxlanılan şəxs məhkəməyə verildibackend

Rayonda gizli pirotexnika satışı: Saxlanılan şəxs məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.aza verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Muzdurlar kəndin sakini S. Hüseynovdan külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müavfiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.