“Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır” – RƏYbackend

“Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus infeksiyası ilə ancaq bir sıra məhdudiyyətlər qoymaqla mübarizə aparmaq olar. Onun müalicəsini dövlət tamamilə öz üzrəinə götürüb. Bir sıra məhdudiyyətlər olmasa, koronavirus bütün ölkəmizi bürüyə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, koronavirus infeksiyasına yoluxmuş bir xəstə gün ərzində 700 nəfəri yoluxdura bilir:

“Bu da çox təhlükəli bir simptomdur. Məhdudiyyətlərdən biri də koronavirusun geniş yayıldığı bölgələrin xüsusi karantin rejimində saxlanılmasıdır. Çox təəssüf ki, Azərbaycanda gündəlik COVID-19-a yoluxanların yarıdan çoxu Bakı, Sumqayıt və Abşeronun payına düşür. Koronavirus infeksiyasına yoluxan adam özündə simptomları hiss etməyənə qədər də xəstəliyi yaymaqda davam edir. Ona görə də məhdudiyyət qoyulub ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gedən və oradan gələn insanlar infeksiyanın daşıyıcılarına çevrilməsinlər. Çünki vətəndaşlar özləri də istəmədən və hiss etmədən koronvirusa yoluxa bilərlər. Azərbaycanda tətbiq olunan bütün bu məhdudiyyətlərin hamısı insanların sağlamlıqlarının qorunmasına, infeksiyanın yayılmasının qarşısının alınmasına və qısa koronavirusun Azərbaycandan silinib yox edilməsinə yönəlib. Çünki bu məhdudiyyətlər ilk növbədə vətəndaşları qorumaqdan ötrüdür. Bununla yanaşı hər bir vətəndaşın sosial məsuliyyəti daha vacibdir”.

Deputat hesab edir ki, rayonlara gediş-gəlişin bərpası üçün müəyyən bir müddət gözləmək lazımdır. O bildirib ki, hazırda Naxçıvanla gediş-gəlişin bərpası ilə bağlı məsələlər nəzərdən keçirilir:

“Əgər mütəxəssislər müsbət rəy versələr, Naxçıvanla gediş-gəliş qısa zaman çərçivəsində bərpa ediləcək”.

Qeyud edək ki, rayonlara gediş-gəlişin bərpası hələlik gözlənilməsə də, Naxçıvanla Bakı arasında gediş-gəlişin bərpası gözlənilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpasının planlaşdırıldığını bildirib.

Xatırladaq ki, Azərbaycanda aprel ayından etibarən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına başlanılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Buna görə də, bəzi məhdudiyyətlər iyunun 15-dək qüvvədədədir.

aydın Mirzəzadə