Razi Nurullayev də prezidentliyə namizəd oldubackend

Razi Nurullayev də prezidentliyə namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev növbədənkənar prezident seçkilərində namizəd olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə deputatın “Facebook” sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında Milli Cəbhə Partiyasının prezident seçkilərində iştirak etməsi ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən növbədənkənar prezident seçkilərində namizəd kimi partiyanın sədri, deputat Razi Nurullayev irəli sürülüb.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.