252-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

252-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 252-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 330 təyyarəsi, 167 helikopteri, 2 414 PUA-sı, 384 zenit-raket kompleksi, 6 270 tank və digər zirehli texnikası, 881 reaktiv yaylım atəş sistemi, 3 544 artilleriya və minaatanı, 6 967 xüsusi hərbi avtomobil texnikası  məhv edilib”, – deyə o bildirib.