252-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

252-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 73 370 (+900) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 714 (+16) tank, 5 525 (+24) zirehli döyüş maşını, 1 733 (+3) artilleriya sistemi, 387 (+4) reaktiv yaylım atəşi sistemi, 198 (+1) hava hücumundan müdafiə sistemi, 277 (+1) təyyarə, 258 (+1) helikopter, 1 438 (+23) PUA, 397 qanadlı raket, 16 gəmi, 4 153 (+10) avtomobil texnikası və avtosistern, 154 xüsusi texnikadan ibarətdir.