253-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

253-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 74 100 (+730) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 734 (+20) tank, 5 552 (+27) zirehli döyüş maşını, 1 755 (+22) artilleriya sistemi, 390 (+3) reaktiv yaylım atəşi sistemi, 198 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 442 (+4) PUA, 397 qanadlı raket, 16 gəmi, 4 162 (+9) avtomobil texnikası və avtosistern, 155 (+1) xüsusi texnikadan ibarətdir.