306-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

306-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 306-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 352 təyyarəsi, 192 helikopteri, 2 731 PUA-sı, 399 zenit-raket kompleksi, 7 249 tank və digər zirehli texnikası, 944 reaktiv yaylım atəş sistemi, 3 719 artilleriya və minaatanı, 7 765 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.