307-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

307-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 103 220 (+620) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 016 ədəd tank, 6 024 (+7) ədəd zirehli döyüş maşını, 1 998 (+2) ədəd artilleriya sistemi, 418 ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 267 ədəd helikopter, 4 652 (+5) ədəd avtomobil texnikası, 1 707 ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 179 (+1) xüsusi texnikadan ibarətdir.