Müharibənin 84-cü günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 172 təyyarəsi, 125 helikopteri, 927 PUA-sı, 311 zenit-raket kompleksi, 3 139 tank və digər zirehli texnikası, 389 reaktiv yaylım atəş sistemi, 1 548 artilleriya və minaatanı, 2 997 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.








