Enerqodar şəhərində Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın söndürülüb.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb və daha sonra söndürülüb.
Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.












