ATƏT-in əməkdaşı Ukraynada həlak olub

ATƏT-in əməkdaşı Ukraynada həlak olub

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.

“Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, – deyə ATƏT-in bəyanatında bildirilib.