Azərbaycan MN: Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir

Azərbaycan MN: Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir

Oktyabrın 16-da günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.