Fransanın keçmiş Prezidenti Jak Şirakın dul həyat yoldaşı Bernadett Şirak 93 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb.
Onun sözlərinə görə, Bernadett Şirak yaxınlarının əhatəsində, sakit şəkildə dünyasını dəyişib.
Bernadett Şirak 1933-cü ildə Parisdə anadan olub və Jak Şirakla 60 ildən artıq evli olub. O, həyat yoldaşını bütün siyasi fəaliyyəti boyunca müşayiət edib.
Birinci xanım statusundan əlavə, 1979–2015-ci illərdə Korrez departamentinin Şurasının üzvü olub./Trend











