Azərbaycan və İran arasında uçuşların sayı ARTIRILIR

Azərbaycan və İran arasında uçuşların sayı ARTIRILIR

Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” səhifəsində bildirib.

Səfir qeyd edib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Hazırda həftədə bir uçuş yerinə yetirilir.