Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.
NOCOMMENT Haber Global-a istinadən xəbər verir ki, mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb.
Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır, Erebuni aviabazasında toplanılır. Ardınca onlar Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.













