Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları Füzuli rayonunda tapılaraq qarşı tərəfə təhvil verilib.
NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 580-ə çatıb.












