Sumqayıtda yaşayış binasında partlayış: yaralılar var

Sumqayıtda yaşayış binasında partlayış: yaralılar var

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir. (Report)