Eks-deputatın oğlu küçənin ortasında güllələndi

Eks-deputatın oğlu küçənin ortasında güllələndi

Ermənistanın paytaxtı Yerevanda silahlı insident yaşanıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, kafedə başlayan mübahisə küçənin ortasında atışma ilə davam edib.

Silahlı şəxs 2 nəfəri güllələyib. Ağır xəsarət alan həmin şəxslərdən biri Respublika Partiyasından eks-deputat Qaqik Melikyanın oğlu Sergey Melikyandır.

Faktla bağlı araşdırma davam etdirilir.