Erməni zabit itkin düşüb

Erməni zabit itkin düşüb

Ermənistan ordusunun zabiti itkin düşüb – hadisə dünən axşam saatlarında qeydə alınıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, baş leytenant Artur Davidyanın azaraq Azərbaycan tərəfinə keçməsi barədə iddialar səsləndirilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, dünən saat 21 radələrində Davidyan komandanlığı xəbərdar etmədən daimi dislokasiya yerini tərk edib. Hadisədən dərhal sonra axtarış-xilasetmə işləri başlayıb, Rusiya tərəfinin vasitəçiliyi ilə hərbçinin Azərbaycanın nəzarətində olan əraziyə keçməsi ilə bağlı məlumatlar yoxlanılır.