İrəvandan olan bir qrup fəal bu gün Azərbaycana qarşı təxribatçı aksiyaya start verib. Onlar İrəvandakı Respublika meydanından avtomobillərlə Laçın dəhlizinə doğru yola çıxdıqlarını bəyan ediblər.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ermənstan KİV-in məlumatına görə, avtoyürüş iştirakçıları əvvəlcə Gorusa, oradan isə Laçın dəhlizinə daxil olacaqlarını bildiriblər.
Onlar məqsədlərinin azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerədək getmək olduğunu söyləyiblər. Lakin avtoyürüş iştirakçıları Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizinə buraxılıb-buraxılmayacaqlarını hələ bilmirlər.
Qeyd edək ki, ötən həftə Xankəndidən olan təxribatçı dəstə də azərbaycanlı ekofəalların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd göstərmişdi.












