Ermənistanda 5-ci ordu korpusunun hərbi hissələrindən biri bu gün yüksək hazırlıq vəziyyətinə gətirilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Heyət geyim və silah-sursatla tam təmin edilib və yeni təyinat bölgəsinə köçürülüb.
Qeyd edək ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə avqustun 25-dən Ermənistanda 3 aylıq hərbi təlim toplanışları başlayacaq.











