“Hayastan” (Ermənistan) ümumerməni fondu Qarabağa humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, ötən gün Fondun Himayəçilik Şurasının ölkə prezidenti Vaaqn Xaçatryanın sədrliyi altında iclası keçirilib.
Onlayn iclasda şuranın 20 üzvü, eləcə də fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Qarabağın nümayəndələri qondarma ölkədə humanitar vəziyyəti, sakinlərinin ehtiyaclarını təsvir ediblər.
Şura üzvləri bütün aidiyyəti strukturları humanitar böhrandan çıxmaq, eləcə də Qarabağın uzunmüddətli və özünü təmin edən inkişafını təşəkil etmək üçün öz icmalarının gücündən istifadə etməyə çağırıblar.
Fondun ABŞ-dəki yerli orqanı ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib.
Qeyd olunub ki, 2021-2022-ci illərdə fond Qarabağda 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.












