Ermənistan ordusunda bütün şəxsi heyətə mükafat verilib

Ermənistan ordusunda bütün şəxsi heyətə mükafat verilib

Ermənistan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti Yeni il bayramı ilə əlaqədar mükafat alıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiq edib.

“Müdafiə naziri Suren Papikyanın əmri ilə Ermənistan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti bir vəzifə maaşı məbləğində mükafat alıb. Deyə bilərəm ki, bu, Silahlı Qüvvələr üçün görünməmiş haldır”, – deyə Torosyan bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Ermənistan hökuməti polis əməkdaşlarının mükafatlandırılması üçün də əlavə vəsait ayıracaq.