Ermənistan xarici işlər naziri Arorat Mirzoyan Türkiyə ilə dialoqda irəliləyiş görür.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, parlamentdə çıxışında qeyd edib ki, artıq üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı xüsusi nümayəndələr arasında müəyyən razılaşmalar var: “Ermənistan və Türkiyə mütəxəssislər səviyyəsində, eləcə də iki ölkənin xüsusi nümayəndələri səviyyəsində fəal müzakirələr aparırlar. Proses davam edir. Ümid edirəm ki, bu, yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaq”.








