Goranboyda 11 yaşlı yeniyetmə qətlə yetirildi

Goranboyda 11 yaşlı yeniyetmə qətlə yetirildi

Goranboy rayonunda meyit aşkarlanıb. Tapılan meyitin şəxsiyyəti məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.”Report”