Gorusda vəzifəli şəxslər SAXLANILDI

Gorusda vəzifəli şəxslər SAXLANILDI

Gorus Bələdiyyə sədrinin müavinləri Menua Ovsepyan və İrina Yolyan İstintaq Komitəsində araşdırılan cinayət işi çərçivəsində həbs edilib.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, onların hər ikisinə mənimsəmə ittihamı irəli sürülüb.

Belə ki, Menua Ovsepyan isə vəzifə səlahiyyətlərindən istifadə edərək seçki kampaniyasına qarşı çıxmaq və ya iştirakdan imtina etməkdə ittiham olunub.

Hər iki şəxs vəzifə başında əməliyyat nəticəsində saxlanılaraq, bölməyə aparılıb. Hazırda barələrində qətimkan tədbiri seçilib.