Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.
NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib.
Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb. Hadisənin təfərrüatı hələ məlum deyil.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.








