İranda 2 iş yeri hicab qaydalarına əməl etmədiyi üçün möhürlənib.
NOCOMMENT.az xəbər verir ki, Loristan əyalətinin Burucerd şəhərində ticarət mərkəzində 2 iş yeri məcburi hicab qanununu pozduğuna görə bağlanıb.
Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Burucerd valisinin müavini Emin Qudrezi məlumat verib.
Qudrezi ticarət mərkəzindəki iş yerlərinin məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini qeyd edib.












