Kliçko: Düşmən texnikası Kiyevə bir az da yaxınlaşdı

Kliçko: Düşmən texnikası Kiyevə bir az da yaxınlaşdı

Rusiya ordusu Kiyevə doğru gəlir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kiyev meri Vitali Kliçko deyib.

“Dostlar! Düşmən ordusu paytaxta bir az da yaxınlaşdırıb. Gecə onlar Ağ Kilsəni atəşə tutdu, Qostomel və Buçda döyüşlər gedir. Biz Kiyevin müdafiəsinə hazırlaşırıq”, – deyə o bildirib.

O, Kiyev sakinlərini dezinformasiyalara inanmamağa çağırıb: “Düşmən çoxlu feyk yayır ki, ukraynalıların iradəsini sındırsın. Yalnız rəsmi məlumatlara inanın. Kiyev dözür və dözəcək. Biz döyüşəcəyik”.