“Rusiya nümayəndə heyəti martın 2-də axşama kimi danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Lakin D.Peskov heyətə kimlərin daxil olduğunu açıqlamayıb.












